Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Mayk Taysonla Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər
Son xəbərlər

Mayk Taysonla Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər

Dünya boksunun canlı əfsanəsi Mayk Tayson ilə tanınmış yutuber Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər.

Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri şahzadə Turki Ələlşix 19 ildən sonra peşəkar döyüş keçirən əfsanəvi boksçuya yenidən rinqə çıxmağı təklif edib.

O, C.Poulu 3 dəqiqəyə nokaut edəcəyi təqdirdə amerikalı idmançıya 700 milyon dollar ödəməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, boksçular arasında noyabrın 16-da keçirilən qarşılaşma məşhur yutuberin qələbəsi ilə yekunlaşıb. Görüş bu günə qədər ən çox izlənilən idman hadisəsi olub. Peşəkar karyerası ərzində 56 döyüş keçirən Mayk Tayson 50 qələbə qazanıb. O, 44 görüşdə rəqiblərini nokautla məğlub edib. 58 yaşlı dünya çempionu 6 qarşılaşmada isə uduzub. "Dəmir Mayk" ləqəbli boksçu peşəkar karyerasını 2005-ci ildə başa vurub. Ceyk Pol isə rinqə ilk dəfə 2018-ci ildə həvəskar döyüşlə çıxıb. İndiyədək peşəkar səviyyədə 11 döyüş keçirən yutuber 10 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. Onun yutub platformasında 20 milyondan çox izləyicisi var.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma