Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Mayk Tayson döyüşdən əvvəl rəqibini niyə vurduğuna aydınlıq gətirdi
Son xəbərlər

Mayk Tayson döyüşdən əvvəl rəqibini niyə vurduğuna aydınlıq gətirdi

ABŞ-li boksçu Mayk Tayson bloqer Ceyk Polla qarşılaşmadan əvvəl "üz-üzə baxış" mərasimində onu niyə vurduğunu izah edib.

Oxu.Az-ın məlumatına görə, idmançının sözlərini jurnalist və insayder Maykl Benson özünün "X" sosial şəbəkə səhifəsində paylaşıb.

"Mən corabda idim, o isə krosovka ilə çıxmışdı. O, axmaq olduğu üçün barmağımı tapdaladı. Barmağım çox ağrıdı və mən cavab verməli oldum", - deyə Tayson bildirib.

Dünyanın ən bahalı döyüşü olaraq tarixə düşən Tayson və Polun döyüşü Arlinqtonda keçirilib. Gərgin mübarizə şəraitində keçən döyüş Ceyk Polun 79:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Mayk Tayson və Ceyk Polun hər biri döyüşdən təxminən 20 milyon dollar qazanacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma