Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA - 09.11.2024
Son xəbərlər

Bəzi yerlərdə leysan yağıb - FAKTİKİ HAVA - 09.11.2024

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 9:00-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib, lakin əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında və bəzi şərq rayonlarında axşam saatlarından başlayaraq arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı Bakıda 13 mm, Neftçalada 8 mm, Lerikdə 3 mm, Astarada 1 mm olub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11 dərəcəyədək, Naxçıvan MR-də 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta qeydə alınıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma