Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Şahin Diniyev istefası barədə: "Belə olmalı idi, oldu"
Son xəbərlər

Şahin Diniyev istefası barədə: "Belə olmalı idi, oldu"

Şahin Diniyev "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqdan sonra "Səbail" klubu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.

Bu barədə Oxu.Az-a açıqlama verən Şahin Diniyev bildirib ki, şəxsi istəyi ilə klubdan ayrılıb.

"Qərar şəxsi istəyimdir. Belə olmalı idi, oldu. Bu barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Səbail" klubuna mövsümün geri qalanında uğurlar arzu edirəm", - deyə Ş.Diniyev bildirib.

Qeyd edək ki, Şahin Diniyev 2022-ci ilin dekabr ayından "Səbail" klubunun baş məşqçisi vəzifəsində çalışdırdı.

Anar Həsənov

"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev postundan istefa verib.

"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis qərarını Misli Premyer Liqasının XII turunda "Kəpəz"ə məğlubiyyətdən sonra açıqlayıb.

Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Səbail" matçı Gəncə təmsilçisinin 1:0 hesabı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, "Səbail" hazırda 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Sonuncu - 10-cu olan "Kəpəz" isə 6 xala malikdir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma