Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb
Son xəbərlər

Azərbaycanın qadın boksçusu dünya birinciliyində ilkə imza atıb

Azərbaycanın qadın boksçusu Aynur Mikayılova tarixi bir ilkə imza atıb.

May.Az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində bir ilkdir. İndiyədək ölkəmizin heç bir qadın boksçusu dünya birinciliyində bu mərhələyə qədər irəliləməyib. Onun qazanacağı istənilən medal isə boks tariximizə qadınlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma