Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » DYP sürücülərə ÇAĞIRIŞ: "Üç istiqamət üzrə şəxsi avtomobillərdən istifadə etməyin"
Son xəbərlər

DYP sürücülərə ÇAĞIRIŞ: "Üç istiqamət üzrə şəxsi avtomobillərdən istifadə etməyin"

Yağmurlu hava şəraiti ilə əlaqədar hazırda paytaxtın Nərimanov rayonunda yerləşən "Bağırov körpüsü"nün altında, Sabunçu rayonundakı "Komsomol dairəsi" ərazisində və Xətai rayonu "Nargilə dairəsi" adlanan ərazidə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

"Polis, o cümlədən dövlət yol polisinin əməkdaşları və aidiyyəti qurumların nümayəndələri tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Sürücülərdən xahiş edirik ki, qeyd edilən istiqamətlər üzrə zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər", - deyə müraciətdə bildirilir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma