Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bir oyunla start veriləcək
Son xəbərlər

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bir oyunla start veriləcək

Azərbaycan Premyer Liqasında ikinci dövrəyə bu gün bir oyunla start veriləcək.

Oxu.Az xəbər verir ki, X turun ilk qarşılaşması Tovuz şəhər stadionunda baş tutacaq.

21 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 3 xalla sonuncu - onuncu pillədə qərarlaşan "Kəpəz"in qonağı olacaq.

Görüşü Rəvan Həmzəzadənin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Azərbaycan Premyer Liqası

II dövrə, X tur

18 oktyabr

18:00. "Kəpəz" - "Qarabağ"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov.

VAR: Kamal Umudlu.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Tovuz şəhər stadionu.

Qeyd edək ki, X turun digər oyunları oktyabrın 19-20-də gerçəkləşəcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma