Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılır
Son xəbərlər

"Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununun biletləri oktyabrın 17-i saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Qarabağ" Futbol Klubunun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

"Park Bulvar"dakı "Qarabağ" FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, qarşılaşma oktyabrın 24-də Bakı vaxtı ilə 20:45-də start götürəcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma