Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Gəncəyə üçüncü raket hücumu: Ermənistan yenə də dinc əhalini hədəf alıb
Son xəbərlər

Gəncəyə üçüncü raket hücumu: Ermənistan yenə də dinc əhalini hədəf alıb

Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Gəncəyə üçüncü raket hücumundan dörd il ötür.

Oxu.Az xatırladır ki, bu, gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi idi.

Hücum nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Əzizə İsmayılova

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma