Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Binədə dava zamanı bir nəfər bıçaqlanıb - Saxlanılanlar var
Son xəbərlər

Binədə dava zamanı bir nəfər bıçaqlanıb - Saxlanılanlar var

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Sovxoz ərazisində 1992-ci il təvəllüdlü Nicat Şərafət oğlu Quliyev bıçaqlanmış vəziyyətdə aşkarlanıb.

Onun dava zamanı bıçaqlandığı məlum olub. Çoxlu qan itirən yaralı xəstəxanaya çatdırılıb. N.Quliyev cərrahi əməliyyat olunub.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakinləri - 2006-cı il təvəllüdlü H.Ağayev və 1992-ci il təvəllüdlü S.Ağayev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma