Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Son xəbərlər

Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO

Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO


Bakının Sabunçu rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.


APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi Aeroport yolunda baş verib. "Shacman” yük avtomobili 184 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb.

Qəza nəticəsində sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Xəsarət alanlar ətrafdakıların köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıblar. Xəsarət alanlar ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb "Shacman” yük maşının sürücüsünün sərxoş olması olub. Sürücü hadisə yerinə gələn yol polisi əməkdaşları tərəfindən içki müayinəsinə aparılıb.

Qəza nəticəsində "Shacman” yük maşının kabinəsi ciddi deformasiyaya uğrayıb.

Qəzadan sonra nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Hadisə yerinə cəlb olunmuş əlavə polis qüvvəsi sıxlığı qısa müddət ərzində aradan qaldırıb.

Faktla bağlı araşdırma aparılır.

Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Bakıda “Shacman”la avtobus toqquşdu: xəsarət alanlar var - FOTO
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma