Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sentyabrın 24-də hava durumu necə olacaq?
Son xəbərlər

Sentyabrın 24-də hava durumu necə olacaq?

Azərbaycan ərazisində sentyabrın 24-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.

Havanın temperaturu gecə 16-19°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19°, gündüz 25-30°, dağlarda gecə 6-11°, gündüz 12-17° isti olacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma