Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » ÇL: Liqa mərhələsində ilk turun son oyun gününün ən yaxşı futbolçuları bəlli olub
Son xəbərlər

ÇL: Liqa mərhələsində ilk turun son oyun gününün ən yaxşı futbolçuları bəlli olub

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun son oyun günündə keçirilən altı görüşün ən yaxşı futbolçuları bəlli olub.

Oxu.Az xəbər verir ki, "Fenoord" - "Bayer Leverkuzen" matçının ən yaxşı oyunçusu Florian Virts, "Srvena Zvezda" - "Benfika" görüşünün ən yaxşısı isə Anxel Di Maria seçiliblər.

"Barselona"nın "Monako"ya məğlub olduğu qarşılaşmada fərqlənən futbolçu isə Corc İlenixena olub.

Hesabın açılmadığı "Atalanta" - "Arsenal" matçının ən yaxşısı Ederson, "Atletiko Madrid" - "Leypziq" görüşünün ən yaxşısı isə Antoni Qrizman seçiliblər.

"Brest" - "Şturm Qraz" görüşündə fərqlənən futbolçu isə Abdallah Sima olub.

Qeyd edək ki, Liqa mərhələsinin ilk oyun gününün və ikinci oyun gününün ən yaxşı futbolçuları daha əvvəl elan edilmişdi.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma