Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ankarada güclü partlayışlar - YENİLƏNİB
Son xəbərlər

Ankarada güclü partlayışlar - YENİLƏNİB

Ankarada güclü partlayışlar - YENİLƏNİB


İstanbulun Bakırköy rayonunun cümhuriyyət baş prokurorluğu dövlət çevrilişinə təşəbbüs göstərmiş hərbçilərin görüldükləri yerdə həbs edilmələrinə dair sanksiya verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, proseslərin başlamasından bir müddət sonra Ankaradakı özəl hərəkat təlim mərkəzində partlayış baş verib, eyni yerdə təxminən 3 saatdan sonra ikinci partlayış olub.

Ankaradan verilən başqa bir xəbərdə isə TRT-nin binasında da partlayış olduğu bildirilir. Bir neçə xəbər kanalının canlı yayınından başqa digər kanallar proqramlarını davam etdirirlər.

02:31

Oxu.Az xəbər verir ki, Virtualaz.org-un mənbələrinin verdiyi məlumata əsasən, partlayışlardan biri TRT dövlət televiziyasının binasında baş verib.

Bundan bir qədər öncə həmin televiziyada Ərdoğanın devrilməsi ilə əlaqədar müraciət oxunmuşdu.

02:10

İyulun 16-na keçən gecə Ankarada iki güclü partlayış baş verib.

Bu barədə Oxu.Az RİA Novsoti-yə istinadən xəbər verir.

Ölən və yaralananlar barədə məlumat yoxdur.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma