Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » "Formula-1" Azərbaycan Qran-prisində dəyişikliklər olundu
Son xəbərlər

"Formula-1" Azərbaycan Qran-prisində dəyişikliklər olundu

"Formula-1" Azərbaycan Qran-prisində dəyişikliklər olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) məlumat verib.

Bildirilib ki, trasda dəyişikliklər olunub və iki DRS zonasının yeri təsdiqlənib.

Ötən illə müqayisədə trasın bir çox hissələrində divarlar yenidən qurulub: birinci döngənin gediş zonasında, sağ tərəfdən üçüncü və dördüncü döngələr arasında, sağ tərəfdən on ikinci və on üçüncü döngələr arasında, sağda on beşinci döngədə. On ikinci döngənin çıxışında yolun sərhədlərini qeyd edən xətt divara yaxınlaşdırılıb.

On altıncı döngənin gediş zonalarında, on səkkizinci və on doqquzuncu döngələr arasındakı ərazidə, eləcə də sol tərəfdən altıncı və yeddinci döngələr arasındakı düz yolda, sol tərəfdən on doqquzuncu və iyirminci döngələr arasındakı divarlar yeniləri ilə əvəz edilmişdi.

Pit-leynin çıxışında, 2-3-cü döngələr arasında, 7-8-ci döngələr arasında asfalt örtüyünün kiçik hissələri dəyişdirilib.

Bakıda iki DRS zonası qalıb, lakin ötən illə müqayisədə ikincinin uzunluğu yüz metr artıb. Birinci DRS zonasından əvvəl boşluq ölçmə nöqtəsi ikinci təhlükəsizlik avtomobili xətti ilə üst-üstə düşür və sistem ikinci döngədən 54 metr sonra istifadə edilə bilər.

İkinci DRS zonası üçün ölçü nöqtəsi 20-ci döngənin zirvəsindədir və sistem döngədən 347 metr sonra işə salına bilər.

"Formula-1" Azərbaycan Qran-prisində dəyişikliklər olundu

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma