Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Keçmiş idmançı dünya rekordu qırdı
Son xəbərlər

Keçmiş idmançı dünya rekordu qırdı

Əvvəllər peşəkar "Call of Duty" səhnəsində çıxış edən Daq "Censor" Martin karyerasına son verdikdən sonra 24 saat ərzində turnikdə dartınma üzrə dünya rekordu qırıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə o özünün "X" hesabında məlumat verib.

Martin ilk dəfə 2023-cü ilin iyulunda nəticə göstərməyə cəhd edib, lakin beş saatdan çox dayana bilməyib. 2024-cü il sentyabrın 8-də yenidən öz imkanlarını sınamaq qərarına gəlib və bu dəfə rekordu qırmağa müvəffəq olub.

"Ginnesin Rekordlar Kitabı"na görə, kişilər arasında 24 saat ərzində turnikdə maksimum dartınma sayı 8 940 idi. "Censor" isə 9250 dəfə dartınıb və startdan 19 saat sonra rekord əldə edib. Keçmiş kiberidmançı daha sonra proses zamanı zədələnmiş əllərini nümayiş etdirib.

Keçmiş idmançı dünya rekordu qırdı

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma