Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Rusiyada itən "Mi-8" helikopteri sərt eniş edib
Son xəbərlər

Rusiyada itən "Mi-8" helikopteri sərt eniş edib

"İrkutskdan 85 km məsafədə sanitar reyslə uçan helikopter sərt eniş edib, hamı sağ qalıb".

Oxu.Az-ın RT-yə istinadən verdiyi məlumata görə, bunu Buryatiya başçısı Aleksey Tsıdenov deyib.

"Bizim "Barquzin" aviaşirkətimizin sanitar reysini həyata keçirən helikopter sərt eniş edib. Ekipaj əlaqəyə çıxıb, hamı sağdır, ilkin məlumata görə, ikisində cüzi xəsarətlər var, digər şəxslər də xəsarət almayıblar", - deyə o bildirib.

Hazırda axtarış və xilasetmə tədbirləri həyata keçirilir.

Rusiyada "Mi-8" helikopteri ilə əlaqə itib. Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsinin müstəntiqləri Buryatiya ilə İrkutsk vilayəti sərhədində "Mi-8" helikopteri ilə əlaqənin itməsi hadisəsini araşdırırlar.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.

"İlkin məlumata görə, 3 sentyabr 2024-cü il tarixində İrkutsk-Orlik marşrutu üzrə uçan "Mi-8" helikopteri ilə Buryatiya Respublikası və İrkutsk vilayəti sərhədində əlaqə itirilib. Bortda olan insanların sayı və hadisənin təfərrüatları dəqiqləşdirilir", - deyə qurumdan bildirilib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər 1
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma