Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Rafael Nadal və Hollivud ulduzu Uill Smit yarışıblar
Son xəbərlər

Rafael Nadal və Hollivud ulduzu Uill Smit yarışıblar

İspaniyalı tennisçi Rafael Nadal və Hollivud ulduzu Uill Smit elektrikli qayıqda yarışıblar.

Oxu.Az xəbər verir ki, E1 çempionatında Komo Qran-prisinin yarışı İtaliyadakı Komo gölündə baş tutub.

Qarşılaşma ispaniyalı tennisçinin qələbəsi ilə başa çatıb.

Rafael Nadalın E1-də "Rafa" adlı komandası mövcuddur.

Keçən ilin yayında tennisçi yaxta istehsalı ilə məşğul olan şirkətlərdən biri ilə beşillik müqavilə bağlayıb.

Qeyd edək ki, R.Nadal və U.Smitlə yanaşı, keçmiş futbolçu Didye Droqba, iş adamı Marselo Klar, "Formula-1" pilotu Serxio Peres və hindistanlı kriketçi Virat Kohli kimi məşhurlar da E1-də komandaya sahibdirlər.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma