Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında
Son xəbərlər

Qurban Qurbanovun adı dünyanın ən güclü məşqçiləri siyahısında

Dünyanın ən güclü məşqçiləri siyahısında planetin 500 mütəxəssisi yer alıb.

Oxu.Az xəbər verir ki, cədvəldə yeganə azərbaycanlı baş məşqçi Qurban Qurbanovdur. "Qarabağ"ın çalışdırıcısı 1675 xala malikdir. O, dünyada 133-cüdür.

Avrokubokların cari mövsümünün arxada qalan hissəsi Qurban Qurbanova iki xal qazandırıb. Lakin bu qazanc mövqe dəyişikliyi üçün yetərli olmayıb.

"Turan Tovuz"un rusiyalı baş məşqçisi Kurban Berdıyev 1790 xalla dünyada 57-cidir. Altı xal itirən mütəxəssis üç pillə geriləyib.

Millimizi çalışdıran Fernando Santuş 1624 xalla siyahıda 185-cidir. Xalları dəyişməz qalan portuqaliyalı bir addım geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk 422-ci yerə yüksəlib. Bir addım irəliləyən ukraynalı hesabına bir xal əlavə edib - 1482.

Qeyd edək ki, siyahıya "Mançester Siti"nin 2243 xala malik çalışdırıcısı Pep Qvardiola başçılıq edir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma