Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda iaşə obyektində 15 günlük körpə TAPILDI
Son xəbərlər

Bakıda iaşə obyektində 15 günlük körpə TAPILDI

Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, dərhal ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər:

"Ana və körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".

18:12

İaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpə xilas edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Ailə Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, dövlət komitəsinə daxil olan telefon zəngi operativ olaraq aidiyyəti qurumlarla birlikdə araşdırılıb.

Nəticədə Nəsimi rayonu ərazisində iaşə obyektində köməksiz vəziyyətdə olan 15 günlük körpənin həyatı xilas olunub.

Araşdırmalar davam etdirilir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma