Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İspaniyanın məşhur klubunun prezidenti HƏBS EDİLDİ
Son xəbərlər

İspaniyanın məşhur klubunun prezidenti HƏBS EDİLDİ

İspaniyanın "Vilyareal" klubunun prezidenti Fernando Roiq klubun ev oyunlarını keçirdiyi stadion da daxil olmaqla, təmir işləri zamanı sənədlərin saxtalaşdırılması ilə bağlı iki cinayətə görə digər on nəfərlə birlikdə 11 ay 28 gün müddətinə həbs cəzasına məhkum edilib.

Bildirilib ki, vergidən yayınmaq üçün 2004 və 2005-ci illərdə sənədlərdə işlərin dəyəri barədə yanlış məlumatlar verilib. Məhkəmənin qərarında qeyd olunub ki, 525 440 avro məbləğində dələduzluq sübuta yetirilib.

"Vilyareal" Futbol Klubu hökmdən apellyasiya şikayəti verəcəyini açıqlayıb.

"Vilyarreal" İspaniya La Liqasının 2023/2024 mövsümünü turnir cədvəlinin səkkizinci pilləsində başa vurmuşdu.

Mənbə: Championat.com


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma