Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Leysan yağıb - Faktiki hava
Son xəbərlər

Leysan yağıb - Faktiki hava

Bu gün saat 9:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

BiG.AZ Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyunun 28-i günün ikinci yarısından bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Zaqatalada 27 mm, Balakəndə 17 mm, Oğuzda 11 mm, Astarada 8 mm, Qusar, Qəbələ, Quba, Xaltan, Ağsu, İsmayıllı, Şahdağda 6 mm-dək olub.

Verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 35, Aran rayonlarında 31, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma