Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda "Metro Park"ın qarşısında gəncin güllələndiyi hadisə ilə bağlı cinayət işi açıldı
Son xəbərlər

Bakıda "Metro Park"ın qarşısında gəncin güllələndiyi hadisə ilə bağlı cinayət işi açıldı

Bakıda şəxsin odlu silahla qəsdən öldürülməsi faktına görə cinayət işi başlanıb.

Oxu.Az bildirir ki, bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Məlumatda qeyd olunur ki, iyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.



Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma