Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Sabah Bakının 5 qəsəbəsində və iki rayonda qaz olmayacaq
Son xəbərlər

Sabah Bakının 5 qəsəbəsində və iki rayonda qaz olmayacaq

Sabah Bakının 5 qəsəbəsində və iki rayonda qaz olmayacaq


Bakının rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən May.Az-a verilən məlumata görə, İB-nin Təmir Tikinti İdarəsi tərəfindən yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 29-da saat 9-dan işlər yekunlaşanadək Bakının Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbələrinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Eyni zamanda iyunun 29-da saat 10:00-dan 18:00-a qədər "Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Rvo” qazpaylama stansiyasında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində aparılan işlərin Lənkəran rayonun Narbağı, Şağlakücə, Darquba, Qurunda, Dərəbur, Talışlı kəndləri, Lerik rayonunun Tiran, Hamarmeşə, Zəriküməco kəndlərinin qaz təchizatına təsir göstərməsi mümkündür.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma