Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakı metrosunun bir stansiyasında hərəkət cədvəli yeniləndi
Son xəbərlər

Bakı metrosunun bir stansiyasında hərəkət cədvəli yeniləndi

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib.

Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma