Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Türkiyənin daha üç vilayətini meşə yanğınları bürüyüb
Son xəbərlər

Türkiyənin daha üç vilayətini meşə yanğınları bürüyüb

Türkiyənin Çanaqqala, Uşak və İzmir vilayətlərini meşə yanğınları bürüyüb.

Bu barədə yerli hakimiyyət orqanları xəbər verib.

Məlumatlara görə, təbii fəlakətlə mübarizə artıq 24 saatdan çoxdur ki, davam edir.

Çanaqqala və Uşak vilayətlərində yanğınlar dünən axşam başlayıb və hələ də onları lokallaşdırmaq mümkün olmayıb.

İzmir vilayətinin Dikili rayonunda yanğın gecə başlayıb və küləyin təsiri altında yaxınlıqdakı ərazilərə sürətlə yayılıb.

Hazırda hər üç istiqamətdə havadan və qurudan alovun söndürülməsi cəhdləri davam edir.

Yanğınların söndürülməsi üçün yüzlərlə yanğınsöndürən, onlarla helikopter və təyyarə cəlb olunub.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Uşak vilayətində yanğın təhlükəsi səbəbindən bəzi evlərin sakinləri təxliyə ediliblər. İzmirdə balıq təsərrüfatına və bir yaşayış evinə ziyan dəyib.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən Bursanın Orhaneli, Antalyanın Aksu və Muğlanın Milas rayonlarında da meşə yanğınları qeydə alınıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma