Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Tanınmış voleybolçunun Azərbaycandan çıxışına QADAĞA
Son xəbərlər

Tanınmış voleybolçunun Azərbaycandan çıxışına QADAĞA

Azərbaycanda tanınmış voleybolçu xüsusi icraat qaydasında məhkəməyə verilib.

Lent.az xəbər verir ki, İlqar İmamquliyevin dövlətə vergi borcları yaranıb. Belə ki, idmançı özünə məxsus olan "İlazero" MMC və "Xarı-Bülbül" Voleybol Klubu MMC-nin vergilərini dövlət büdcəsinə, DSMF və digər fondlara ödəməyib. Nəticədə təxmini 5000 manat civarında borc yaranıb.

İdmançını məhkəməyə verən tərəf Dövlət Vergi Xidmətinin Bakı şəhəri kiçik Sahibkarlıqla İş Üzrə Baş İdarəsidir. Dövlət qurumu məhkəməyə müraciətində İ. İmamquliyevin ölkədən çıxışına qadağa qoyulmasını xahiş edir.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma