Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Bakıda güclü külək əsəcək, bu yerlərə qar yağacaq - Sabahın HAVASI
Son xəbərlər

Bakıda güclü külək əsəcək, bu yerlərə qar yağacaq - Sabahın HAVASI

Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. 

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında 

Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 1-6° isti olacaq.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma