Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » İraqın şimalında Türkiyə hərbçisi şəhid olub
Son xəbərlər

İraqın şimalında Türkiyə hərbçisi şəhid olub

İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı bölgəsində terrorçularla silahlı qarşıdurmada Türkiyənin bir hərbçisi şəhid olub, digəri yaralanıb.


"Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


"17 fevral 2024-cü il tarixində "Pəncə-Kilid" əməliyyatı bölgəsində STT (separatçı terror təşkilatı, hərbi qurum STT altında əksərən PKK-nı nəzərdə tutur – red.) üzvləri baza ərazimizə sızmağa cəhd göstərməsi nəticəsində baş vermiş qarşıdurmada qəhrəman silahdaşımız müqaviləli sıravi əsgər Salih Ay şəhid olub, qəhrəman silahdaşımızın biri yaralanıb. Yaralı hərbçi dərhal xəstəxanaya yerləşdirilib və onun müalicəsinə başlanılıb. İlkin vəziyyətə görə, başlayan qarşıdurmada altı terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir", – mətbuat xidməti açıqlayıb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma