Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Prezident: "Fərrux", "Sarıbaba-Qırxqız", "Qisas" əməliyyatları məqsədyönlü əməliyyatlar idi"
Son xəbərlər

Prezident: "Fərrux", "Sarıbaba-Qırxqız", "Qisas" əməliyyatları məqsədyönlü əməliyyatlar idi"

"23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik".


AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.


Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, "Fərrux", "Sarıbaba-Qırxqız", "Qisas" əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb:


"Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi".
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma