Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » 9 nəfərlik ailə yatarkən öldürüldü!
Son xəbərlər

9 nəfərlik ailə yatarkən öldürüldü!

Ukraynanın Donetsk vilayətində 9 nəfərdən ibarət Kapkanets ailəsi öz evlərində ölü tapılıb.


BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Hadisə yerindən çəkilən görüntülərdə ailə üzvlərinin yataqda olarkən güllələndiyi görünür. Ölənlərdən ikisinin 2014 və 2018-ci il təvəllüdlü uşaqlar olduğu açıqlanıb.


Ukrayna rəsmiləri ailənin rus əsgərləri ilə mübahisə etdikləri üçün öldürüldüyünü iddia edib.


Kiyev administrasiyasına bağlı Donetsk Vilayət Prokurorluğu tərəfindən verilən açıqlamada qeyd olunub ki, ötən həftələrdə hərbi geyimli şəxslər ailədən evi boşaltmağı tələb ediblər. İddialara görə, rus əsgərləri çeçen qoşunlarını bölgəyə yerləşdirmək üçün 9 nəfərlik ailəni evdən çıxarmaq istəyiblər.


Ev sahibi evdən çıxarılma tələbindən imtina etdikdə, forma geyinmiş şəxslər tərəfindən hədələnib. Baş Prokurorluğun açıqlamasında "Onlar ailənin 9 üzvünün hamısını yuxuda güllələyiblər. Məsələ ilə bağlı aparılan istintaq müharibə qanunlarının pozulması ilə bağlı hüquqi prosesə çevriləcək".


Rusiyadan verilən açıqlamada məsələ ilə bağlı iki əsgərin həbs edildiyi bildirilib. Şübhəlilərin Uzaq Şərq bölgəsindən olan müqaviləli əsgərlər olduğu deyilib.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma