Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ronaldunun AVRO-2024-də oynayıb-oynamayacağı məlum olub
Son xəbərlər

Ronaldunun AVRO-2024-də oynayıb-oynamayacağı məlum olub

Portuqaliyanın futbol millisinin hücumçusu Kriştianu Ronaldu Almaniyada keçiriləcək AVRO-2024-də oynayacağına ümid etdiyini bildirib.


"Report"un məlumatına görə, bu barədə "Record" xəbər verir.


"Artıq məqsədimizə nail olmağımız təsadüfi deyil. Ümid edirəm ki, hələ çox uzaqda olsa da, AVRO-2024-də oynayacağam. Ümid edirəm, heç bir zədə və ya başqa çətinliklərim olmayacaq", - Ronaldu bildirib.


AVRO-2024-ün seçmə mərhələsində Portuqaliya Slovakiyaya qalib gəlib. Qaliblərin heyətində Qonsalu Ramuş və dubla imza atan Kriştiano Ronaldu da var. Slovakiya yığmasının heyətində David Qancko və Stanislav Lobotka fərqlənib.


Portuqaliya millisi hazırda 21 xalla qrupda birinci, Slovakiya 13 xalla ikinci yerdədir.


Növbəti mərhələdə Portuqaliya Bosniya və Herseqovina, Slovakiya Lüksemburqla qarşılaşacaq.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma