Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Ronaldudan daha bir rekord
Son xəbərlər

Ronaldudan daha bir rekord

Hücumçu Kriştianu Ronaldu cümə axşamı Portuqaliya milli futbol komandasının heyətində 197-ci matçında meydana çıxaraq yığmada ən çox oyun keçirən futbolçu olub.
O, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin ilk turunun Lixtenşteynlə ev oyununda start heyətində yer alıb. Forvard millinin heyətində meydana 196 dəfə daxil olan küveytli oyunçu Bader əl-Mutavanın nailiyyətini geridə qoyub.
Qeyd edək ki, Ronaldonun 37 yaşı var və o, beşqat "Qızıl top"un qalibi, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir.
38 yaşlı əl-Mutavaya gəlincə, 2003-cü ildən Küveyt millisində çıxış edən futbolçu hazırda ölkəsinin "Əl-Kadisiyah" klubunun şərəfini qoruyur./Oxu.az

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma