Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Daha bir tanınmış sükan arxasında qəzaya düşdü - FOTO
Son xəbərlər

Daha bir tanınmış sükan arxasında qəzaya düşdü - FOTO

"Muzeydə gecə" filmində rol alan məşhur amerikalı aktyor Dik Van Dayk qəzaya düşüb.
May.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Malibuda baş verib.
"Lexus" markalı avtomobili idarə edən məşhur darvazaya çırpılıb. Bildirilir ki, aktyor yolun sürüşkən olması səbəbindən idarəetməni itirib. Belə ki, Malibuda güclü leysan yağıb.
Xoşbəxtlikdən Van Dayk çox ciddi xəsarət almayıb. Aktyorun burnu və ağzı qanayıb. Bundan əlavə, həkimlər beyin silkələnməsi qeydə alıblar. Lakin məşhur xəstəxanaya yerləşdirilməkdən imtina edib.
Polis həmçinin bildirib ki, 97 yaşlı Van Daykin huşu yerində olsa da, kino ulduzu qocalıq dövründə nəqliyyat vasitələrini idarə etmək qabiliyyətini sübut etməli olacaq.

 
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma