Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Son xəbərlər » Fransada TORNADO dağıntılara səbəb oldu
Son xəbərlər

Fransada TORNADO dağıntılara səbəb oldu

Dünən axşam saatlarında Fransanın şimalındakı Somma və Pa-de-Kale departamentlərində tornado dağıntılara səbəb olub.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "BFMTV" telekanalı məlumat yayıb.
Belə ki, Sommada bir neçə infrastruktur obyektlərinə və evlərə xəsarət dəyib, onlarla bina işıqsız qalıb. Ölən cə yaralanan yoxdur.
Lakin Pa-de-Kalada bir nəfər xəsarət alıb. Bir çox ev dağılıb, sakinlər işıqsız qalıb.
Burada kilsənin və bir neçə binanın damı uçub. Güclü külək, həmçinin, ağacları və elektrik dirəklərini aşırdıb. Biyukur ərazisində 150 sakin təxliyə olunub.
Natəvan Baxşiyeva
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma