Zamanəmizdə qeyri-sağlam qidalanma və hərəkətsizlik artıq çəkini bir çoxlarının kabusuna çevirib.
BiG.AZ xəbər verir ki, "Eat This, Not That" portalı diyetoloqlar Liza Moskovits, Lissi Lakatos, Temmi Lakatos-Şeymz, qida mütəxəssisləri Loren Manaker və Emi Qudsonun sözlərinə əsaslanaraq, arıqlama prosesini sürətləndirmək üçün məsləhətlər verib.
Həmin tövsiyələri təqdim edirik:
1. Çəki atmaq üçün göyərtidən çox istifadə etmək lazımdır. Xüsusilə ispanaq, yarpaq kələm (kale) və əkin indausu bitkisi visseral yağı yandırmağa yardım edir. Onların kalorisi azdır və tərkibində K vitamini, maqnezium, fol turşusu, kalsium, C vitamini və həll olunmayan lif mövcuddur.
2. Hər gün qəhvə və ya yaşıl çay içmək məsləhətdir. Bu içkilərin tərkibində maddələr mübadiləsini sürətləndirən və insanı gümrah edən kofein var.
3. Karbohidratlar tək yox, zülalla birlikdə qəbul edilməlidir. Zülal karbohidratların tez bir zamanda qlükozaya çevrilməsinə mane olur və buna görə də qan şəkərini normada saxlamağa kömək edir.
4. Hər yeməkdən əvvəl bir stəkan su içmək həddən artıq çox yeməməyə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, bəzən insan susuzluğu aclıqla səhv salır və su içmək əvəzinə artıq kalori qəbul edir.
5. Arıqlamaq istəyənlər daha çox tərəvəz yeməli və həftədə bir dəfə ətdən imtina edərək bitki mənşəli zülallardan istifadə etməlidirlər.
6. Yeməyi yeyəcəkləri qədər bişirib ayrı qablara yığaraq buz dolabında saxlamaq da az yeməyə kömək olur.
7. Gündəlik yediklərinizə nəzarət etmək üçün qəbul etdiyiniz qidaları yazmaq məsləhətdir.
8. Yağdan daha az istifadə etmək üçün onu, püskürdən başlıqlı qablara tökmək olar.
9. Yeməyi yavaş-yavaş, hər tikəni yaxşıca çeynəyərək yemək vacibdir.
10. Arıqlamaq istəyənlərin boşqablarının yarısı həmişə tərəvəzlə dolu olmalıdır.
Natəvan Baxşiyeva