Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR
Sosial

Avtomobil sığortası ilə bağlı YENİ QAYDALAR

Avtomobil qəzasına görə sığorta məsuliyyəti maşının sahibinə deyil, sükan arxasında olan şəxsə şamil olunacaq.


Yeni qaydalarla bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.

TRENDX.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, əvvəlki qaydalara əsasən, sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi. Artıq bu tarixçə fərqli hesablanacaq.


Qaydalara görə, hadisə törədən sürücü növbəti ildə təxminən 30 faiz daha artıq sığorta haqqı ödəyəcək.

İkinci dəyişiklik isə bir avtomobil üzrə bir neçə etibarnaməli sürücünün olması ilə bağlıdır. Hazırda vətəndaşlar avtomobil üzrə ən yüksək bonus-endirimə malik şəxsin adına sığorta müqaviləsi bağlamağa üstünlük verirlər.

Qeyd edək ki, avtomobillərin icbari sığortası ilə bağlı yeni qaydalar iyunun 16-dan qüvvəyə minəcək.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma