Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO
Sosial

Süni intellektlə saxta materiallar hazırlayıb yayanların NƏZƏRİNƏ - VİDEO

Süni intellektlə saxta materiallar hazırlayıb yayanları cəza gözləyir.

Belə ki, şəxsin razılığı olmadan onun səs, videogörüntü və şəkillərindən istifadə edənlər məsuliyyətə cəlb olunacaqlar.


Bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında və media haqqında qanunlara dəyişikliyi təsdiqləyib.

Baku TV-nin mövzu ilə əlaqədar paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı vətəndaşlar qanuna edilən dəyişikliyi müsbət qarşılayıblar. "İmkan verilməməlidir ki, kiminsə icazəsi olmadan şəkilləri haradasa paylaşılsın", "Dostlarımın şəkillərini paylaşıblar, başqasının adı ilə yazıb, pullarını da alıblar", - deyə sakinlər bildiriblər. İnformasiya Kommunikasiya Texnologiyaları mütəxəssisi Asim Namazov isə məsələyə belə münasibət bildirib:

"Son dövrlərdə süni intellekt vasitəsilə insanların görüntüsündən və səsindən istifadə edərək saxta videoların hazırlanaraq yayılması çox artıb. Bu cür hallar insanların nüfuzuna və imicinə ciddi zərər vura bilər. Bəzən bir saxta video, yaxud şəkil insanın iş həyatına, ailə münasibətlərinə, hətta şəxsi həyatına mənfi təsir göstərə bilər. Bu kimi videoların geniş auditoriyaya sürətlə çatması insanların psixoloji təzyiqə məruz qalmasına və cəmiyyət tərəfindən yanlış anlaşılmasına gətirib çıxarır".(oxu.az)

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma