Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Sosial » "AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama
Sosial

"AzParking"in mülki geyimli əməkdaşları vətəndaşları cərimələyir? - Açıqlama

"Son günlər sosial şəbəkələrdə yayılan və mülki geyimdə olan vətəndaş tərəfindən nəqliyyat vasitələrinin "cərimələndiyinin" iddia olunduğu video ilə bağlı yayılan məlumat tamamilə əsassızdır və reallığı əks etdirmir".


TRENDX.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "AzParking"in açıqlamasında bildirilib.

Qeyd edilib ki, qurumun parklanma xidməti üzrə bütün əməkdaşları yalnız xüsusi təsdiq olunmuş iş geyimində fəaliyyət göstərir.

"Mülki geyimdə hər hansı şəxsin parklanma üzrə monitorinq etmək səlahiyyəti mövcud deyil. Sosial şəbəkələrdə yayılan videoda əks olunan şəxsin "AzParking" ilə heç bir əlaqəsi yoxdur. Bununla əlaqədar olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini rəsmi mənbələrə əsaslanmayan məlumatları yaymamağa çağırırıq.

Bu kimi halların ictimaiyyət arasında çaşqınlıq yaratdığını və qurumun nüfuzuna xələl gətirdiyini nəzərinizə çatdıraraq bildiririk ki, yanlış məlumatların yayılması ilə bağlı tərəfimizdən hüquqi tədbirlər görüləcək.

Vətəndaşlardan xahiş edirik ki, hər hansı şübhəli halla qarşılaşdıqda rəsmi kanallar vasitəsilə "AzParking"lə əlaqə saxlasınlar", - məlumatda qeyd edilib.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma