Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Şou-biznes » Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi
Şou-biznes

Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi

Türkiyəli məşhur komediyaçı və aktyor Cem Yılmaz ötən gün xəstəxanaya yerləşdirilməsindən sonra səhhəti barədə açıqlama verib.

TRENDX.AZ xəbər verir ki, sənətçi sosial media hesabında fotosunu paylaşaraq vəziyyətinin yaxşı olduğunu bildirib.

Cem Yılmaz qeyd edib ki, "Gora" filminin çəkilişləri başa çatdıqdan sonra özünü yorğun hiss etməyə başlayıb. Onun sözlərinə görə, çəkilişlər zamanı yorğunluq hiss olunmasa da, iş başa çatdıqdan sonra bədənində ağrılar yaranıb.

Aktyor dünən sinə və kürək nahiyəsində güclü ağrılar hiss etdiyini və buna görə xəstəxanaya müraciət etdiyini bildirib. O, evə gedib dincəlməyi seçsəydi, vəziyyətinin daha ciddi ola biləcəyini vurğulayıb.

Cem Yılmaz onun səhhəti ilə maraqlanan, zəng edən və xəstəxanaya baş çəkən hər kəsə təşəkkür edib. O, Türkiyənin səhiyyə naziri tərəfindən də ona keçmiş olsun mesajı göndərildiyini qeyd edib.

Sənətçi həkimlərin ona stressdən uzaq durmağı tövsiyə etdiyini bildirib. Yılmaz paylaşımının sonunda onu düşünən hər kəsə təşəkkür edərək sağlamlıq arzulayıb.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma