Bakı ⛅ +21°C cümə axşamı, 08 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9048 -0.0047 RUB 0.0199 -0.0001
Şou-biznes

Səhhəti ağırlaşan Canseverdən yeni xəbər

Səhhəti ağırlaşan Canseverdən yeni xəbər

Reanimasiyaya yerləşdirilən tanınmış Türkiyəli müğənni Cansever sağlamlıq durumu ilə bağlı yeni açıqlama verib.


TRENDX.AZ xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında paylaşım edərək müalicəsinin hələ də davam etdiyini bildirib.

Reklam
Pulsuz elanlar saytı

Cansever uzun müddətdir müalicə aldığını, buna baxmayaraq uzun fasilədən sonra ilk dəfə evdən çıxaraq dostları ilə görüşdüyünü qeyd edib.

Məlumata görə, kimyaterapiya mərhələsini başa vuran və ilik köçürülməsi əməliyyatı keçirən müğənninin səhhəti infeksiya səbəbindən yenidən pisləşib. O, bir müddət reanimasiya şöbəsində müalicə alıb və hazırda həkim nəzarətində müalicəsini davam etdirir.

Cansever paylaşımında tam sağalmadığını vurğulayaraq, "Danışa bilmirəm, yaza bilmirəm. Davamlı zərdab, antibiotik və dərman qəbul edirəm. Həmişə uzanıram. Təzyiqim aşağıdır, tez-tez hərarətim yüksəlir", - sözlərini yazıb.

Sənətçi həmçinin sevənlərindən ona dua etmələrini xahiş edib.

Sevimlilərə əlavə et