3 yaşlı uşağın əli mətbəx çanağının süzgəcində ilişdi - Belə xilas etdilər+Video

Quba rayonu, Bəhrəli kəndində azyaşlının əli mətbəx çanağının süzgəcində sıxılı vəziyətdə qalıb.
“Trendx”ın əldə etdiyi məlumata görə, hadisə ilə əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 2023-cü il təvəlüdlü azyaşlının əlinin təhlükəsiz qaydada çıxarılması təmin edilib.