Bakı ☁️ +20°C çərşənbə axşamı, 06 oktyabr 2026
USD 1.7000 +0.0000 EUR 1.9069 +0.0055 RUB 0.0200 -0.0002
Şou-biznes

Nazpəri Dostəliyeva: "40 dərəcəyə çatan temperaturla konsert oxumuşam"

"39.9 temperturla konsertdə oxumuşam. Özü də pilləkəndən aşağı düşürəm, aşağıda rəqs edirəm. Yəni o 40 dərəcəyə çatan temperaturla pilləkəndən aşağı düşmək nə deməkdir? Təsəvvür edin baş fırlanır, amma səhnədə elə özümü toparlamışam ki, elə bil heç nə olmayıb. Yəni bu bir sənətkar üçün vacibdir".

BAKU.WS xəbər verir ki, bu sözləri "İncə səhər" verilişinə qonaq olan Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O bildirib ki, hər bir sənətkar sağlam da olsa, xəstə də olsa, öz ifası sənəti və peşəkarlığı ilə daim tamaşaçısının sevgisini qazanmalıdır:

Reklam
Pulsuz elanlar saytı

"Əgər bir sənət adamı o xalqın məsuliyyətini başa düşürsə, onu sevənləri, dinləməyə gələn insanları heç vaxt mənfi bir şeylə təəccübləndirməməlidir. Onun borcudur ki, necə özünü sevdirib, musiqisini sevdirib, elə də çıxış etsin. Ona görə insan xəstələnə də bilər, insan yuxusuz da ola bilər, insan yorğun da ola bilər, amma səhnə məsuliyyəti tələb edir".

Ətraflı videoda:

Sevimlilərə əlavə et