Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Aİ Çindən gələn elektrik avtomobillərinə cərimə tətbiq edəcək
Mədəniyyət

Aİ Çindən gələn elektrik avtomobillərinə cərimə tətbiq edəcək

Avropa İttifaqı (Aİ) Çindən gətirilən elektrik avtomobillərinə cərimə rüsumları tətbiq etmək qərarına gəlib.

Oxu.Az bu barədə DPA (Deutsche Presse-Agentur) agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Avropa Komissiyası Çin avtomobillərinə 35%-ə qədər rüsum müəyyən edib.

Brüssel Pekini hökumət subsidiyaları vasitəsilə elektromobillərin qiymətlərini süni şəkildə aşağı salmaqda ittiham edir. Avropada iddia edirlər ki, bu, qlobal bazarlarda ədalətsiz rəqabət yaratmağa səbəb olur.

Bu mövqeyi əsasən Almaniyanın xarici işlər naziri Annalena Berbok sərgiləyir. O hesab edir ki, Avropa bazarını haqsız rəqabətdən qorumaq lazımdır.

"Çin əvvəllər polad və günəş enerjisi ilə etdiyi kimi, Avropa və Almaniya bazarlarını kütləvi şəkildə subsidiyalaşdırılan elektrik avtomobilləri ilə doldurmaq istəyir. Bu addım Çini təcrid etmək deyil, ədalətli rəqabəti təmin etmək deməkdir. Biz Çinlə ticarət müharibəsi istəmirik, lakin biz də Pekinin ədalətsiz və bazarı pozan təcrübələrdən istifadə etməyə davam etməsinə icazə verməməliyik", - deyə Almaniya xarici işlər naziri bildirib.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma