Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » "Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib
Mədəniyyət

"Nissan" bir gündə iki yolsuzluq avtomobilini təqdim edib

Yeni "Nissan Patrol" və "Nissan Armada" təqdim edilib.

Oxu.Az bu barədə motor.ru-ya istinadən xəbər verir.

ABŞ-də jurnalistlərə üçüncü nəsil nəhəng "Armada", Əbu-Dabidə isə yeddinci nəsil "Patrol" təqdim olunub. Əslində bu, eyni avtomobildir, sadəcə müxtəlif ölkələrin bazarları üçün nəzərdə tutulub. Onun görünüşü radikal şəkildə dəyişib, V8 əvəzinə turbo V6 mühərriki qoyulub, lakin konstruksiyasının əsasında əvvəlki kimi qalıb: bu, bütün təkərlərin müstəqil asqısı ilə rahat yolsuzluq avtomobilidir.

"Armada" və "Patrol" modelləri Fukuokada eyni konveyerdə istehsal olunur və yalnız kiçik detallarla fərqlənirlər. Onların, həmçinin "İnfiniti" markasından premium "qardaşı" var - "QX80" yolsuzluq avtomobili.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma