Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Paytaxt yollarındakı elektron lövhələr niyə işləmir? - VİDEO
Mədəniyyət

Paytaxt yollarındakı elektron lövhələr niyə işləmir? - VİDEO

Tıxaclardan sürücüləri xəbərdar etmək üçün quraşdırılan elektron məlumat lövhələrinin bəziləri ya öz funksiyasını tam yerinə yetirmir, ya da ümumiyyətlə istismar müddətini başa vurub.

Sürücülər isə bildirirlər ki, mövcud vəziyyətdə elektron lövhələr paytaxt yollarında sürücülərin nəqliyyatın hərəkətinin intensiv olduğu ərazilərə girməmək üçün quraşdırılmalıdır.

Ekspertlər isə bildirirlər ki, istismar müddətini başa vurmuş elektron məlumatverici lövhələri təmir etmək əvəzinə daha müasir, çoxfunksiyalı proqram təminatını tərtib etmək mümkündür

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə mərkəzindən bildirildi ki, Paytaxtın bəzi yollarında olan Məlumat İnformasiya və SürətTablolarının çox hissəsi hazırda işlək vəziyyətdə olsa da bəziləri texniki səbəblərdən işləmir. Ümumilikdə həmin tabloların bir çoxu istismar müddətini başa vurub.

Mərkəz tərəfindən bu tabloların müasirləri ilə yenilənməsi istiqamətində işlər görüləcək.

Daha ətraflı videomaterialda.

Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma