Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Zaqatalada qaydaları pozan sürücü və piyadalar cəzalandırılıb
Mədəniyyət

Zaqatalada qaydaları pozan sürücü və piyadalar cəzalandırılıb

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilərək onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və qanunvericiliyin tələbləri onlara izah edilib.


Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən və digər yol-hərəkəti qaydalarına riayət etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma