Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » Türkiyə "Togg" elektromobilini dünya brendinə çevirməyi planlaşdırır
Mədəniyyət

Türkiyə "Togg" elektromobilini dünya brendinə çevirməyi planlaşdırır

Türkiyə 2024-cü ildə milli "Togg" elektromobilinin Avropaya ixracına başlamağı və onu qlobal brendə çevirməyi planlaşdırır.


"Report"un "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçir bildirib.


"İndi biz gündə 180-200 avtomobil istehsal edirik, iki-üç həftə ərzində bu rəqəmi 280-ə çatdırmağı planlaşdırırıq. 2024-cü ildə bizim üçün cəlbedici bazar olan Avropaya elektromobillərinin ixracına başlamaq, sonra isə "Togg"u dünya brendinə çevirmək planlarımız var", - nazir bildirib.


Qeyd edək ki, Türkiyənin "Togg" elektromobili 2019-cu ildə təqdim edilib, avtomobillər ölkənin qərbindəki Bursa vilayətində istehsal olunur. "Togg" 2023-cü ilin martında satışa çıxarılıb. Türkiyə səlahiyyətliləri daha əvvəl yeddi il ərzində təxminən 1 milyon elektromobil istehsal etməyi planlaşdırdığını açıqlayıblar.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma