Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Mədəniyyət » “Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək
Mədəniyyət

“Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək

Yaponiyanın avtomobil nəhəngi “Toyota” şirkəti bu ilin sonunda dünyada ən populyar biznes-sinif sedanlardan olan “Camry” modelinin daxili bazar üçün istehsalını dayandıracaq.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin modelin daxili bazarda satışlarının ildən-ilə azalmasıdır.
Belə ki, ötən il Yaponiyada cəmi 6 min ədəd “Camry” satılıb. Odur ki, həmin modelin istehsalı yalnız xarici bazarlar üçün davam etdiriləcək.
Xatırladaq ki, “Camry”nin istehsalına 1980-ci ildə başlanılıb. Bu günə qədər 21 milyon ədəd satış olub ki, onun da 13 milyonu ABŞ-ın payına düşüb.
Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma