Son xəbər
Hamısı Son xəbərlərGündəmHadisəSosialSiyasətİqtisadiyyatTexnologiyaDünyaİdmanCəmiyyətMaraqlı / LifestyleŞou-biznesMədəniyyətKinolarDigər
Trendx » Maraqlı / Lifestyle » Cem Yılmazın şousunda etdiyi zarafat başına gəldi
Maraqlı / Lifestyle

Cem Yılmazın şousunda etdiyi zarafat başına gəldi

Məşhur komediyaçı Cem Yılmazın ABŞ vizasının rədd edildiyi bildirilib.


TRENDX.AZ xəbər verir ki, mövzu ilə bağlı ilk açıqlama televiziya aparıcısı Ece Erken tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, komediyaçının ABŞ-yə viza müraciəti zamanı maraqlı bir hadisə yaşanıb.

Bu barədə "Gel Konuşalım" proqramında danışan Ece qeyd edib ki, səfirlikdə çalışan qadın əməkdaş Cem Yılmazı tanımayıb və o vəziyyəti əvvəlcə zarafat hesab edib. Daha sonra isə buna görə əsəbiləşdiyi, lakin sonda gülərək vəziyyətdən çıxdığı iddia olunub.

Sözügedən məlumat qısa müddətdə sosial şəbəkələrdə və bəzi televiziya proqramlarında geniş müzakirələrə səbəb olub.

Lakin məsələ ilə bağlı Cem Yılmaz heç bir açıqlama verməyib.

Xatırladaq ki, komediyaçı daha əvvəl şoularının birində pasport nəzarəti ilə bağlı zarafatları ilə gündəmə gəlmişdi.

O, səhnədə "İngiltərəyə girə bilmərəm? Yanımda pulum var, turist kimi gəlmişəm" sözləri ilə tamaşaçıları güldürmüşdü.


Trendx Ekosistemi tövsiyə edirMilyon.azPulsuz elan yerləşdirin və ya axtarınKeçid et →
Şərhlər
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yeni yazı
Trendx.az-ı tətbiq kimi quraşdırın Daha sürətli giriş, bildirişlər və oflayn oxuma